Azərbaycan XİN İrana başsağlığı verdi
02.09.2021
Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
DM xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində məlumat verilib.
"İranın Kürdüstan bölgəsində baş vermiş avtobus qəzası xəbərindən kədərləndik. Ölənlərin ailələrinə başsağlığı, yaralılara tezliklə sağalmalarını diləyirik”, - qeyd edilib.