Robert Koçaryanın vəziyyətlə bağlı AÇIQLAMASI
02.09.2021
Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan sentyabr ayının 2-də xalqa müraciət edib.
DM xəbər verir ki, eks-prezident ikinci Qarabağ müharibəsindəki itkilərindən danışıb.
"Keçən payızda 44 gün davam edən müharibə nəticəsində Ermənistan ağır itkilər verdi və indi böyük qeyri-müəyyənliklər ilə üzləşib", - deyə Koçaryan bildirib.
O, həmçinin vəziyyətin hələ də kritik qaldığını və Xankəndini birlikdə işğalda saxlamalı olduqlarını qeyd edib:
"Vəziyyətin ciddiliyini dərk etdiyinizə əminəm. Biz buranı "qorumaq" üçün birlikdə əlimizdən gələni etməliyik".