21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Britaniya Qarabağa böyük miqdarda maliyyə ayırdı

02.09.2021

Birləşmiş Krallıq Qarabağ münaqişəsindən sonra BMT İnkişaf Proqramının həyata keçirəcəyi tədbirlərə dəstək olmaq üçün 500 000 funt sterlinq maliyyə ayırdığını elan edib.

Bununla bağlı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Avropa Qonşuluq və Amerika üzrə dövlət naziri Vendi Morton məsələ ilə bağlı qeyd edib:

"Bu ərazilər dünyanın ən çox minalanmış bölgələrindən biridir və bu bölgədən mülki vətəndaşların həyatlarını itirdikləri və ya həyatları üçün ağır fəsadlar yaradan xəsarətlər aldıqları barədə tez-tez məlumatlar verilir.

Birləşmiş Krallığın ayırdığı vəsait BMT-nin təcrübəsindən istifadə etməklə ərazinin daha təhlükəsiz olmasına kömək edənlərə təlim və minalardan təmizləmə işlərində texniki dəstək verir. Maliyyə Ermənistan və Azərbaycanda mülki insanların həyatı üçün riskləri azaltmaq məqsədilə istifadə olunacaq. Bununla belə görüləcək daha çox işlər var. Bu səbəbdən beynəlxalq tərəfdaşlarımızı bölgədəki bütün insanların təhlükəsizliyini təmin etmək üçün tələb olunan kollektiv səyləri dəstəkləməyə çağırırıq”.