Əfqanıstanda zəlzələ baş verdi
02.09.2021
Əfqanıstanın Tacikistanla sərhədi yaxınlığında 5 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Təkanların episentri Fayzabad şəhərindən 58 km şimal-qərbdə yerləşib (əhalisi - təxminən 44,4 min). Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.