Bir neçə azərbaycanlı Almaniyadan deportasiya edildi
02.09.2021
Ötən gün Gürcüstan Respublikasının vətəndaşı olan səkkiz azərbaycanlı Almaniyadan deportasiya edilib.
"Report”un məlumatına görə, 2015-ci ildə Almaniyaya gələrək, qaçqın kimi sığınacaq istəyən azərbaycanlılar miqrasiya idarəsi və polis əməkdaşları tərəfindən Dortmund hava limanına gətiriliblər. Onlar Dortmund-Kutaisi təyyarə reysi ilə Gürcüstana göndəriliblər.
Deportasiya olunan səkkiz nəfərdən üçü bir ailənin üzvü olub.
Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən bildirilib ki, bu ilin may-iyul aylarında ümumilikdə 819 Gürcüstan vətəndaşı federal idarədən sığınacaq istəyib.