10 04 2025-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Rusiya Ermənistanın hava məkanına nəzarət edəcək

01.09.2021

Rusiya və Tacikistan arasında birləşmiş regional hava hücumundan müdafiə sistemlərinin yaradılması haqqında razılaşma ratifikasiya prosedurunu keçir. Oxşar layihələr Qırğızıstan, Qazaxıstan və Ermənistanla da müzakirə edilir.

DM xəbər verir ki, bunu MDB ölkələri müdafiə nazirləri şurası yanında hava hücumundan müdafiə məsələləri üzrə koordinasiya komitəsinin sədrinin müavini general-polkovnik Yuri Qrexov deyib.

O, Rusiya və Ermənistan arasında razılaşmanın praktik reallaşdırılması işlərinin davam etdiyini bildirib.