ABŞ: Bakı Avropanı xilas edə bilər
14.08.2018
Avropa Azərbaycandan İtaliyaya gedən Transadriatik qaz kəmərinin tikintisini dəstəkləməlidir.
"Dövran Media" xəbər verir ki, bunu amerikalı konqresmen Devin Nunes deyib. Onun sözlərinə görə, bu qaz kəməri Avropanın Rusiya qazından asılılığının azaldılması üçün yeganə vasitədir:
"Bunun vasitəsilə Avropa ölkələri, xüsusilə də Almaniya "rus ayısı”nı pulla yemləməyəcək. Bu qaz kəməri üçün yeganə maneə İtaliyadakı Rusiya təbliğatıdır. Moskva bunun sayəsində dezinformasiya yayaraq, layihənin reallaşmasına mane olmağa çalışır. TAP-ın tikilişi ilə Avropanın daha bir qaz mənbəyi peyda olacaq”.