"Koronavirusun "Mu" variantı yayılır" - ÜST
01.09.2021
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik müntəzəm hesabatında ilk dəfə yanvar ayında Kolumbiyada aşkar edilən "B.1.621" variantına diqqət çəkib.
DM xəbər verir ki, hesabatda "Mu Variant" adlanan virusun peyvəndlərə davamlı ola biləcəyi vurğulanıb. Belə ki, ÜST mutasiyanın Cənubi Amerika və Avropada yayıldığını qeyd edib.