21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Üç qazimiz müalicə üçün Türkiyəyə göndərildi

01.09.2021

 Ağır yaralanan daha üç qazimiz "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan verilən məlumata görə, müalicəyə gedən qazilərimiz Süleymanlı Aqil Akif oğlu, Əliyev Çingiz Yaquf oğlu və Səlimzadə Tural Vasif oğludur.

"YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

"YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 126 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.

Onlardan 73-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün portal istifadəyə verilib.

Həmçinin Fondun 8110 "Çağrı” Mərkəzi fəaliyyət göstərir.