"Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir" - Ararat Mirzoyan
31.08.2021
"Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi, əsas iqtisadi tərəfdaşıdır".
DM xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib. O, Rusiya ilə strateji münasibətləri dərinləşdirməyə hazır olduqlarını açıqlayıb:
"Bu, Ermənistanın xarici işlər naziri olaraq ilk xarici səfərimdir. Bu, təəccüblü deyil, çünki Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi, əsas iqtisadi tərəfdaşıdır. Bu baxımdan, Ermənistan tərəfinin Rusiya Federasiyası ilə 1997-ci il Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Bəyannaməsi əsasında əlaqələr qurmağa davam etməyə hazır olduğunu bir daha təsdiq etmək istəyirəm", - Mirzoyan bildirib.
Lavrov və Mirzoyanın görüşündən sonra iki nazirin mətbuat konfransı keçiriləcək.