Rusiya erməni polisinə rus dilini öyrədir
31.08.2021
Rusiyanın MDB İşləri üzrə Federal Agentliyinin Ermənistandakı Nümayəndəliyi Qafan şəhər polisi üçün pulsuz rus dili kursları təşkil edib.
DM xəbər verir ki, bu məlumatı Zəngəzur (Sünik) vilayətinin polis rəisi Aleksandr Mamikonyan yayıb.
"Erməni polisi bu cür kurslara ehtiyac duyur. Polisin bilik səviyyəsini artırmaq, rus dilini daha dərindən öyrənmək üçün imkan yaradılması çox vacibdir”, – deyə o bildirib.