Ölümündən sonra məşhurlaşan qadın əsgər
30.08.2021
Xəbər verdiyimiz kimi, İŞİD terror qruplaşmasının Kabil hava limanında törətdiyi partlayış nəticəsində onlarla insan ölüb
DM xəbər verir ki, terror aktında 13 amerikalı hərbçi də həlak olub. Onlardan 15-i isə ağıryaralanıb. Amerikalı hərbçilərin cəsədləri ABŞ-a qısa zamanda təhvil verilib.
Belə ki, ölən amerikalı hərbçilər arasında 23 yaşlı Nikola Geesi xüsusi diqqət çəkib. O, könüllü olaraq, Əfqanıstana gəlib. Məqsədi isə əfqan qadınlarını və uşaqlarını qorumaq, onların rahatlığını təmin etmək imiş. Partlayışdan bir gün əvvəl sosial mediada paylaşdığı foto isə ürəkləri dağlayıb.
23 yaşlı amerikalı əsgər əfqan uşaqla fotosunu paylaşaraq, "İşimi sevirəm", başlıqlı şərh yazıb. Ölümündən sonra Nikolanın dostları həmin fotonu paylaşaraq, "O bu dünyaya insanları xilas etmək üçün gəlmişdi" kimi başlıqlı şərhini bildiriblər.
Qadın əsgər ölümündən sonra Amerikada həmin fotoyla daha da məşhurlaşıb.