Qızıl medallar qazanan paracüdoçu bacıların anasından AÇIQLAMA
30.08.2021
Tokio Yay Paralimpiya Oyunların qızıl medal qazanmış paracüdoçularından ikisi - Dürsədəf Kərimova və Xanım Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti Zülfiyyə Kərimovanın övladlarıdır.
Zülfiyyə Kərimova bildirib ki, qızlarının qalib gələcəyinə inanıb:
"Qızlarım da yarışlarda qalib gələcəklərinə inanırdılar, mən də. Onlar müxtəlif beynəlxalq yarışlarda qalib və iştirakçısı olublar. Atası və mən hər zaman onlara dəstək olmuşuq”.
O qeyd edib ki, övladlarının final yarışını canlı izləyə bilməyib:
"Yalnız çəkilmiş videolardan final yarışını izlədim. Qızlarımla bir daha qürur duydum”.
Qeyd edək ki, Xanım Hüseynova 63 kq, Dürsədəf Kərimova isə 70 kq-dan yuxarı çəki dərəcəsində paralimpiya çempionu olub.