ABŞ Əfqanıstanda diplomatik missiyasını davam etdirəcək?
30.08.2021
ABŞ dövlət katibi Entoni Blinken "Taliban” tərəfindən nəzarət edilən Əfqanıstanda ABŞ-ın diplomatik missiyasının davam etməsi ehtimalının az olduğunu açıqlayıb.
Eyni zamanda o bildirib ki, Əfqanıstanı tərk etmək istəyən və sentyabrın 1-nə qədər çıxmayan insanlara ABŞ-ın yardım göstərməyə davam etmək öhdəliyi qüvvədə qalacaq:
"İnsanların Əfqanıstandan ayrılmağa qərar verdikləri təqdirdə ölkəni tərk etmələrini asanlaşdırmaq üçün yollarımız və mexanizmlərimiz var”.
ABŞ dövlət departamentinin rəhbəri taliblərin 31 avqustdan sonra sərhədləri açıq saxlamaqla bağlı sözünü yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
"İndi, əlbəttə ki, taliblərin sözünə inanmırıq. Onları əməllərinə görə qiymətləndiririk və müşahidə edirik”, - deyə Blinken vurğulayıb.