"Türkiyə əfqan qaçqınları qəbul edə bilməyəcək" - Çavuşoğlu
30.08.2021
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın miqrasiya ilə bağlı mənəvi və humanitar öhdəliklərini tam şəkildə yerinə yetirdiyini açıqlayıb.Lakin Ankara Əfqanıstandan olan qaçqınlara sığınacaq verə bilməyəcək.
DM TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Heiko Maas ilə danışıqlardan sonra Antalyada keçirdiyi mətbuat konfransında deyib.