Tokio-2020: Azərbaycanın günə bürünc medalla başladı
30.08.2021
Azərbaycan para-atleti Səid Nəcəfzadə Tokio Paralimpiadasında bürünc medal qazanıb.
DM xəbər verir ki, təmsilçimiz uzunluğa tullanma yarışlarında gücünü sınayıb və 7,03 metrlik nəticə göstərib. Yarışın qalibi 7,21 metr göstərici ilə iranlı Amir Xosravani olub.
Digər idmançımız Kamil Əliyev isə 6,89 metr nəticə ilə yarışı beşinci pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycanın komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürünc medaldır. Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (70 kq-dan yuxarı) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Para-atlet Elvin Astanov nüvə itələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
"Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
Qeyd edək ki, XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.