"Kabil aeroportu raket atəşinə tutulub"
30.08.2021
Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq hava limanına bir neçə raket atılıb. Raketlər ABŞ hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.
DM Unikal.org-a istinadən xəbər verir ki, bu barədə "CNN” adının açıqlanmadığı ABŞ rəsmisinə istinadən məlumat yayıb.
İlkin məlumata görə, Amerika tərəfinin itkisi yoxdur, amma hər şey dəyişə bilər.
Ümumilikdə 5 raket atılıb, onların hamısının quru qüvvələrini raketlərdən, toplardan və minaatan mərmilərindən qorumaq üçün nəzərdə tutulmuş C-RAM müdafiə sistemi tərəfindən vurulub-vurulmadığı tam aydın deyil.