XİN Qazaxıstanda baş verən partlayışla bağlı başsağlığı verdi
27.08.2021
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana başsağlığı verib.
DM xəbər verir ki, bu barədə XİN-in "Twitter” səhifəsində məlumat yayılıb.
"Qazaxıstanın Jambıl bölgəsinin cənubunda hərbi anbarda partlayış xəbəri bizi kədərləndirdi. Bu faciəvi hadisənin qurbanlarının ailələrinə başsağlığı verir, bütün yaralıların tezliklə sağalmasını diləyirik”, - deyə məlumatda qeyd edilib.