"Türkiyədən müsbət siqnallar almışıq" - Paşinyan
27.08.2021
"Ermənistan bölgədə sülhün bərqərar olması üçün Türkiyədən bəzi müsbət siqnallar alıb".
DM unikal.org-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasında bildirib.
"Türkiyədən bəzi müsbət siqnallar aldığımızı deməliyəm. Biz bu siqnalları dəyərləndirəcəyik, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəyik", - Paşinyan əlavə edib.