"Qərb Əfqanıstandan dəyərli insanları çıxarır" - "Taliban"
26.08.2021
"Qərb ölkələri Əfqanıstana fayda gətirə biləcək insanları Kabildən çıxarır".
DM xəbər verir ki, bunu "Taliban” hərəkatının nümayəndəsi Zabihulla Mücahid "The New York Times”ə müsahibəsində bildirib.
Ağ Ev daha əvvəl bəyan edib ki, 14 avqustdan bəri ABŞ Əfqanıstandan 82 mindən çox insanı evakuasiya edib, onlardan yalnız 4,5 mini amerikalılar və ailələridir.
"Qərb dövlətləri Əfqanıstanın işlərinə qarışmamalı və insan resurslarını ölkədən çıxarmamalıdır. Söhbət həkimlər, professorlar və burada ehtiyacımız olan digər insanlardan gedir. Onlar Amerikada aşpaz və ya qabyuyan ola bilərlər. Bu, qeyri-insani haldır”, - "Taliban” nümayəndəsi deyib.