Ermənistan parlamentində dava düşdü
25.08.2021
Ermənistan parlamentində yenə dava düşüb, millət vəkilləri bir-birinə butulka atmağa başlayıb.
Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.
Belə ki, "Vətəndaş müqaviləsi” partiyasından millət vəkili Hayk Sarkisyan (xalq arasında "butulka daşıyan” kimi daha çox tanınan) deyib ki, vəzifədə olduqları dövrdə pul və ya zənglə ordudan yayınmanın mümkün olduğu bütün müdafiə nazirləri vətən xainidir.
Hayk Sarkisyan inqilab zamanı Nikol Paşinyanın yanında onun üçün butulka tutaraq su daşıdığına görə "sudaşıyan” ləqəbini qazanıb.
Onun bu sözlərindən sonra, keçmiş müdafiə naziri Seyran Ohanyanla arasında dava başlayıb.
Sarkisyana butulka atılıb, bundan sonra müxalifətçilər və "Vətəndaş müqaviləsi”nin deputatları "butulka müharibəsi”nə başlayıblar.
Xatırladaq ki, ötən gün də Ermənistan parlamentində kütləvi dava baş vermişdi.