Gürcüstan pandemiya əleyhinə əlavə məhdudiyyət tətbiq etdi
25.08.2021
Bu gündən etibarən Gürcüstanda kafe və restoranlar saat 23:00 əvəzinə saat 22:00-da bağlanacaq.
DM xəbər verir ki, bu barədə qərarı Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.
Əlavə olaraq, qida obyektlərində pandemiya dövrünün tələblərinə əməl olunmasına ciddi nəzarət davam etdiriləcək.
Digər qərara əsasən, sentyabrın 2-də Batumidə futbol üzrə dünya çempionatının seçim mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan-Kosovo matçına tamaşaçılar buraxılmayacaq.
Qeyd edək ki, qonşu ölkədə ağır epidemioloji vəziyyət hələ də davam edir. COVID-19-a gündəlik yoluxma sayı 5-6 min təşkil edir, ölüm halları isə kəskin artıb.