Jurnalist metroda DÖYÜLDÜ
13.08.2018
Britaniyada naməlum şəxs ABC News-un 29 yaşlı jurnalisti Culiya Makfarleynə hücum edib.
"Dövran Media" bildirir ki, jurnalistin Twitter-dəki mikrobloqunda yazdığına görə, o, qatarın qapısı qarşısında ləngidiyinə görə naməlum kişi ona vumruq vurub.
"Fotoda gördüyünüz insan vaqondan tez çıxmadığıma görə kürəyimə yumruq vurdu, sonra yenə bir neçə dəfə vurmaq istədi. Hadisə Şərqi Kroydonda baş verib. Polis yarlıma gəldi", - jurnalist yazıb. Lakin bir müddət sonra jurnalist həmin tvitləri pozub.
Olay London metropoliteninin "Şərqi Kroydon" stansiyasında baş verib.
İlkin məlumatlara görə, jurnalisti döyən şəxsi tutmağa çalışan yeganə adam Tisdeyl adlı qaradərili londonlu olub.