Taliban uşaqları qaçırır - Saleh
24.08.2021
Əfqanıstanın şimalındakı Baqlan əyalətində Taliban hərəkatının silahlıları yanacaq və ərzaq tədarükünə maneə törədir, həmçinin yerli sakinləri qaçırır.
DM xəbər verir ki, bunu Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh Tvitter səhifəsində yazıb.
"Taliban qida və yanacağın Andarab vadisinə girməsinə icazə vermir. Humanitar vəziyyət ağırdır. Minlərlə qadın və uşaq dağlara qaçmağa məcbur olub. Son iki gündə taliblər uşaqları və qocaları qaçıraraq onlardan sipər kimi istifadə edir”, - deyə o, qeyd edib.