Paşinyan orduya qadınları cəlb edir
24.08.2021
Ermənistan hakimiyyəti orduya daha çox qadın cəlb etməyi planlaşdırır.
DM xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Baş nazir Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, bəzi qüvvələr ordu islahatlarını aqressiv siyasətə keçid, müharibəni başlamaq hazırlığına cəhd kimi təqdim etməyə çalışırlar:
"Bu, həqiqətə uyğun deyil. Ermənistan hər sülhsevər ölkə kimi ordusunu aqressiya üçün yox, suverenliyinin müdafiəsi üçün inkişaf etdirir. Ermənistan döyüşməyə və ərazilər zəbt etməyə hazırlaşmır”.
O, Ermənistanın zamanla peşəkar orduya keçdiyini bildirib. Paşinyan sərhədlərin mühafizəsini ordunun yox, sərhəd qoşunlarının həyata keçirməli olduğunu söyləyib.