Almaniyanın 400 min miqranta ehtiyacı var - Şili
24.08.2021
Almaniyanın hər il 400 min miqranta ehtiyacı olur. Alman əmək bazarında ixtisaslı kadrlara olan ehtiyac hər keçən gün artır.
DM xəbər verir ki, bunu Almaniya Federal İş Təşkilatının rəhbəri Detlef Şili deyib.
"İldə 400 min miqranta ehtiyacımız var. Əvvəlki illərlə müqayisədə bu rəqəm daha çoxdur. Yaşlı və ya xəstə baxıcısı, kondisioner texnikləri, lojistika mütəxəssisləri və akademiklərə ehtiyacımız var. Sığınacaq axtaran miqrantla iş axtaranların qüvvəsini qarışdırmamalıyıq. Biri humanitar, digəri əmək bazarı problemidir. Əfqanıstandan qaçqınlar gedərsə, Almaniya onları qəbul etmək üçün üzərinə düşəni etməlidir”, - Şili bildirib.