21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ermənistan parlamentində kütləvi dava

24.08.2021

Ermənistan parlamentinin spikeri Alen Simonyan mühafizəçilərə "Mənim qürurum var” blokunun üzvü Anna Mkrtçyanı konfrans zalından çıxarmağı tapşırıb.

Bu barədə "Sputnik Ermənistan” xəbər yayıb.

Hər şey Mkrtçyanın Nikol Paşinyana verdiyi sualla başlayıb. Çıxışı zamanı o, baş nazirə müraciət etmədən onun bütün səhvlərini sadalamağa başlayıb. O, həmçinin Paşinyanın konfrans otağına çoxlu mühafizəçi ilə gəldiyinə də diqqət çəkib.

Bunun ardınca "Vətəndaş sazişi” deputatlarının səs-küyləri başlayıb, Mkrtçyan cavab olaraq onları "kapitulyatorun tərəfdarları” adlandırıb. Buna cavab olaraq, Alen Simonyan əvvəlcə onun mikrofonunu söndürüb və növbəti hay-küyündən sonra Mkrtçyanı zaldan tamamilə çıxmağa çağırıb.

Deputat bundan imtina edəndə Simonyan mühafizəçiləri köməyə çağırıb. "Ermənistan” və "Mənim şərəfim var” bloklarının deputatları Mkrtçyanı mühasirəyə alaraq mühafizəçilərin ona yaxınlaşmasına imkan verməyiblər. Sonda Simonyan 20 dəqiqəlik fasilə vermək məcburiyyətində qalıb.

Bundan sonra parlamentdə bir qrup deputatla təhlükəsizlik xidməti arasında dava düşüb. Bəzi millət vəkillərinin "Xain Nikol” qışqırıqları binanı bürüyüb.

Daha sonra müxalif millət vəkilləri bildiriblər ki, Artsvik Minasyanın paltarları cırılıb və Anna Mkrtçyan zorla zaldan çıxarılıb.

Qeyd edilir ki, parlamentdə hökumətin 5 illik proqramı müzakirə olunur.