Kabil küçələrində irəliləyən qadınlar kişilərə rəhbərlik edir, "Taliban” əleyhinə etiraz yürüşü keçirirlər.
Bununla bağlı Baku TV eksklüziv görüntülər yayımlayıb.
Əfqan qadınların çoxu həyatı və təhlükəsizliyinə görə tarixən qadın hüquqlarını qəddarcasına məhdudlaşdıran "Taliban” hakimiyyəti altında qalmaqdan qorxurlar. Bununla bağlı onlar yürüşdə şüarlar səsləndiriblər.
Nümayişçilər "Taliban” bayrağına etiraz olaraq milli bayraqlarını dalğaladırıblar. Əfqanıstanlı qadınların "Taliban” tərəfindən idarə olunan Əfqanıstanda işləməsinə və ya təhsil almasına icazə veriləcəyi məlum deyil.