Taliblər Əfqanıstanı idarə etmək üçün şura yaradır
24.08.2021
"Taliban” Əfqanıstana nəzarət etmək üçün 12 nəfərdən ibarət şura yaratmaq niyyətindədir.
Bu barədə "Foreign Policy” məlumat yayıb.
Bildirilir ki, yeni adminstrasiyanın "beynəlxalq ictimaiyyətə məqbul” görünməsi üçün şuranın tərkibinə bəzi "keçmiş hökumət üzvləri” də daxil olacaq.
Qəzetin yazdığına görə, şuraya "ən nüfuzlu üç şəxs” – taliblərin siyasi qanadının lideri Əbdül Qəni Baradar, "Taliban”ın qurucusunun oğlu Məhəmməd Yakub və "Taliban”la əlaqəli "Haqqani Şəbəkəsi”nin yüksək vəzifəli şəxsi Xəlil Haqqani daxil olacaq. Nəşr qeyd edir ki, Haqqani Birləşmiş Millətlər Təşkilatı və ABŞ tərəfindən qara siyahıya salınıb.
Qeyd edək ki, "Taliban” 15 avqust 2021-ci ildə Kabili tutub. Onlar Əfqanıstanı azad etdiklərini bildiriblər və apardıqları müharibəni bitmiş hesab ediblər. Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkədən qaçıb.