Kim Çendən növbəti qadağa
23.08.2021
Müxtəlif qadağalarla tez-tez gündəmə gələn Şimali Koreya lideri Kim Çen In bu dəfə də diqqət çəkib.
DM xəbər verir ki, Koreya lideri çəkisi haqqında danışmağı qadağan edib.
Belə ki, arıqladığı çəki ilə müxtəlif spekulyasiyalara səbəb olan Kim Çen In, bu mövzuda hər hansı bir söz-söhbətə yol verməmək üçün bu barədə qanun hazırlayıb.
Bununla yanaşı, Kimin 20 kilo arıqladığı təxmin edilir. Ölkə rəhbərinin səhhətində problem yaşandığı bildirilir.