ABŞ idmançısı Rusiyada nadir hadisələrdən birinə imza atdı
23.08.2021
Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında nadir hallardan biri yaşanıb.
DM xəbər verir ki, ABŞ güləşçisi Brekston Ceyms Amos özünü həm sərbəst, həm də yunan-Roma güləşində sınayıb.
O, güləşin hər iki növündə medal qazanıb. Brekston Amos əvvəlcə 97 kq-da sərbəst güləş üzrə dünya çempionu olub. Dünən isə o, həmin çəki dərəcəsində bürünc medal qazanıb.
Qeyd edək ki, bu dünya çempionatında Azərbaycan güləşçiləri də iştirak edib. Azərbaycan idmançıları ümumilikdə 11 medal (sərbəst güləşdə 3 gümüş, 2 bürünc medal, qadın güləşində 2 bürünc medal və yunan-Roma güləşində 1 qızıl, 1 gümüş və 2 bürünc medal) qazanıblar. Yunan-Roma güləş millimiz bu nəticə ilə meydan sahibi Rusiya və İrandan sonra dünya üçüncü olub.