Rusiya İranın üzvlüyünü dəstəkləyir
23.08.2021
Moskva Tehranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzvlüyünü dəstəkləyir.
DM xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.
"Bizim yaxın, bəzi beynəlxalq və regional məsələlərdə üst-üstə düşən mövqelərimiz var. Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda nəzərdə tutulan Düşənbə sammiti ilə əlaqədar qeyd etmək istərdim ki, Rusiya İranın ŞƏT-ə tamhüquqlu üzvlüyünü dəstəkləyir”, – deyə o bildirib.