21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

"Semaşko" koronavirusa görə bağlandı

23.08.2021

1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) koronavirusla mübarizə məqsədi ilə 2 ay müddətinə bağlanıb.

DM axar.az-a istinadən xəbər verir ki, xəstəxana COVID-19-la mübarizə xəstəxanası kimi fəaliyyət göstərəcək.

Artıq xəstəxanada təmirdə olmayan bütün şöbələr - ginekologiya, cərrahhiyə, mərkəzin 1-ci korpusu COVID-19-la mübarizəyə quşulub.

"Xəstəxana zəruri dərman vasitələri ilə təchiz olunub və xəstələr üçün lazımi şərait yaradılıb”, - deyə "Semaşko"dan bildirilib.

Mərkəzdə yalnız toksikologiya şöbəsi öz səlahiyyətlərinə uyğun işlərini davam etdirir.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycan Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov bildirib ki, rəhbəri olduğu şöbə bu məsələdən kənardır:

"Bizim şöbə hazırda təcili tibbi yardımla birgə çalışır”.