ABŞ-da sel nəticəsində ölənlərin sayı 22-yə çatdı
23.08.2021
ABŞ-ın Hamfris bölgəsində baş verən daşqın nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
DM "TASS"a istinadən xəbər verir ki, 40-dan çox adam itkin düşüb.
Hazırda axtarışlar davam etdirilir.
Qeyd edək ki, Hamfris bölgəsi Tennessi ştatının paytaxtı Neşvil şəhərindən təxminən 100 km məsafədə yerləşir. Təbii fəlakət yolların bağlanmasına, kommunikasiyaların pozulmasına və əlaqələrin kəsilməsinə səbəb olub.