“Delta” ştammının yaşa görə əlamətləri nələrdir?
23.08.2021
Britaniyanın Oksford Universitetinin alimləri fərqli yaş qruplarından olan insanlarda koronavirusun "Delta” ştammının hansı əlamətlərlə müşahidə olunduğunu araşdırıblar.
"The Sun” məlumat verir ki, virusun müxtəlif yaşda insanlarda fərqli əlamətlərlə özünü büruzə verdiyi təsdiq olunub.
Məsələn, uşaq və yeniyetmələrdə "Delta” daha çox yüksək temperatura səbəb olur. Yaşlılarda isə daha çox nəfəs darlığı ilə özünü göstərir.
Gənclərdə "Hindistan ştammı” boğaz ağrısı ilə müşayət olunur və dad, qoxu hissinin itirilməsi ilə nəticələnir.