Xaricdə vaksinasiya olunan şəxslərin COVID pasportu Azərbaycanda tanınır?
20.08.2021
Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov xaricdə vaksin olunanlarla bağlı danışıb.
O, Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında bildirib ki, Səhiyyə Nazirliyinin 9103 nömrəli "Qaynar xətt”i fəaliyyət göstərir:
"Vətəndaş xaricdə vaksinasiya olunubsa, "Qaynar xətt”ə müraciət etməlidir və sənədlərini təqdim etməlidir. Əgər şəxsin sənədi saxta deyilsə, sistemə daxil ediləcək”.