Ronaldoda xəstəlik AŞKARLANDI
12.08.2018
Braziliya millisinin sabiq hücumçusu Ronaldo pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
"Dövran Media" xəbər verir ki, hadisə bu həftənin cümə günü 41 yaşlı braziliyalı İbitsa adasında dincələrkən baş verib. Həkimlər Ronaldoda pnevmoniyanın inkişaf etdiyini bildiriblər.
Bu səbəbdən ikiqat dünya çempionu müalicə olunması üçün xəstəxanaya aparılıb.