Yaponiya XİN naziri Türkiyəyə səfər edəcək
19.08.2021
Yaponiyanın xarici işlər naziri Motegi Toşimitsu 19-21 avqust tarixlərində Türkiyəyə səfər edəcək.
DM Türkiyə KİV-ə istindən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçiriləcək görüşdə ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, yaponiyalı nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcək.