Ağsuda baş verən yanğın söndürüldü
19.08.2021
Ağsuda mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayonunun Gəgəli kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə 50 hektar sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.