05 04 2025-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Oğuzda dağlıq ərazidəki yanğın

18.08.2021

Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.