Miqrantlar buna görə gəmidə aclıqdan ÖLDÜLƏR
18.08.2021
Kanar adalarına çatmağa çalışan 50-dək miqrant gəmidə aclıqdan və susuzluqdan ölüb.
DM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Müxtəlif Afrika ölkələrindən olan 54 miqrantı daşıyan gəmi avqustun 2-də Mərakeş sahillərindən hərəkət edib. Gəmi səfərə çıxandan bir-iki gün sonra Atlantik okeanında mühərriki sıradan çıxıb. Bir neçə gün sonra gəmidə qida və su ehtiyatı tükənib və miqrantlar bir-birinin ardınca ölməyə başlayıb.
Ötən gün gəmi Mavritaniya sahillərində, Nuadibu şəhəri yaxınlığında sahildə aşkar edilib.
Sahil Mühafizəsinin əməkdaşları gəmidə yalnız 7 nəfərin – bir qadın və altı kişinin sağ qaldığını müəyyən ediblər. Qalan 47 isə nəfər ölüb.