Rusiyanın silahını satan erməni həbs edildi
17.08.2021
Rusiyada Ermənistan vətəndaşı və onun rusiyalı cinayət ortağı casusluq ittihamı ilə həbs olunub.
DM xəbər verir ki, Rostov vilayətində Rusiya vətəndaşı Denis Lobovoy və Ermənistan vətəndaşı Ararat Xaçaturyan casusluq, habelə dövlətə xəyanətdə təqsirli bilinərək 9,5 və 10,5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hər iki şəxsin "C-300" zenit-raket radiolokasiya avadanlığını başqa ölkəyə satmaqda ittiham olunduğu üçün tutulublar.