Çavuşoğludan Əfqanıstanla bağlı AÇIQLAMA
17.08.2021
"Taliban” da daxil olmaqla bütün tərəflərlə dialoqumuza davam edirik”.
"Haber Global” məlumat verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Türkiyə bu günə qədər "Taliban” tərəfindən verilən mesajları müsbət qiymətləndirib.
"Əfqanıstanın iqtisadi inkişafına, sabitliyinə, sülhünə və əmin-amanlığına dəstək verməyə davam edəcəyik”, - deyə o vurğulayıb.
Türkiyəli nazir vətəndaşların təxliyəsi məsələsinə də toxunub:
"Təhlükəsizlik tam təmin edildikdən sonra təxliyə davam edəcək. Təkcə öz vətəndaşlarımızın deyil, başqa ölkələrin vətəndaşlarının da təxliyəsinə kömək edirik”.