Rusiya səfiri Naxçıvanla sərhədə gəldi
17.08.2021
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Naxçıvanla sərhədə gəlib.
DM xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin Feysbukdakı səhifəsində məlumat yerləşdirilib.
Səfirin ailəsi ilə birgə Ararat vilayətinin Pokr Vedi kəndindəki arxeoloji qazıntı yerini ziyarət etdiyi vurğulanıb. Kopırkinin həmçinin Naxçıvanla sərhəddə yerləşən Arazdəyəndə (Yerasx) olduğu bildirilib.
Onun səfər zamanı Rusiya Federal Təhlükəsizlik Xidmətininin sərhədçiləri ilə görüşdüyü vurğulanıb.