Taliban sözçüsü DANIŞDI
17.08.2021
Əfqanıstanda idarəni ələ alan Taliban radikal qruplaşmasının sözçüsü Süheyl Şahin Türkiyə mediasına açıqlama verib.
DM xəbər verir ki, "A haber"ə canlı yayımda telefonla bağlanan Şahin qardaş ölkə münasibətlərindən bəhs edib:
"Türkiyə bizim üçün qardaş ölkədir. İslami dövlət olan Türkiyə ilə yaxşı əlaqələr qurmaq niyyətindəyik. Hər hansı bir maddi yardım və ya əməkdaşlıq üçün yaxın olmaq istərdik".
Bundan əlavə Taliban sözçüsü dünyaya da mesaj ötürüb:
"Dünyaya mesajımız budur ki, Əfqanıstanda bir hökumət qurulsun və bu hökumət dünyadakı nizama uyğunlaşsın. Regional olaraq hər kəslə həmrəy olacağıq. Pakistan, Əfqanıstan və ətrafımızdakı insanların əsas hüquqlarını tanıyaraq bir hökumət qurmaq istəyirik. Regionda heç bir təhlükə yaratmırıq!".
Son olaraq, uşaqların qaçıırlmasından danışan Şahin, bunun yalan olduğunu bildirib:
"Bu xəbərlər doğru deyil. Təbliğat üçün istifadə edilən xəbərlərə inanmaq olmaz. Bunlar Kabildəki əvvəlki beynəlxalq milli məlumat mərkəzindən gələn xəbərlərdir. Bunlar insanları zəhərləyəcək şeylərdir. İnanmayın. Talibanını həyata keçirdiyi təbliğatlar əfqan xalqının gələcəyinin inkişafı üçündür".
Qeyd edək ki, Əfqanıstanda, may ayından etibarən hücumlarını artıran Taliban, 31 əyaləti ələ keçirdikdən sonra, paytaxt Kabilə girərək Prezident Sarayını nəzarətə götürüb. Ölkə rəhbəri Əşraf Qani isə özəl təyyarəsi il Tacikistana qaçıb.