Paşinyan XİN-ə baş katib təyin etdi
30.07.2021
Ermənistan Xarici İşlər Nazirliyinə yeni baş katib təyin edilib.
DM erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan sərəncam imzalayıb.
Bu vəzifə Boris Saakyana həvalə olunub. O, bundan əvvəl Ermənistanın Rusiyadakı səfiri işləyib.
Bildirək ki, N.Paşinyan iyunun 19-da B.Saakyanı səfir vəzəfədən geri çağırmışdı.