18:48:26 06 04 2025-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Qəbiristanlıq kül oldu

30.07.2021

Ötən gündən bəri Türkiyəni cənginə bürüyən meşə yanğınlarının söndürülmə işləri davam etdirilir.

DM xəbər verir ki, qardaş ölkədən gələn görüntülər hər kəsin ürəyini dağlayıb. Belə ki, meşədə yerləşən qəbiristanlıq yanğın nəticəsində yararsız hala düşüb. Lakin hər kəsin diqqətini çəkan məqam isə həmin qəbiristanlıqda yerləşən şəhid məzarının yanmamasıdır.

2018-ci ilin oktyabrın 27-də donaraq şəhid olan Mersinli əsgər Fərrux Dikmənin məzarı və baş ucundakı türk bayrağı şiddətli yanğına baxmayaraq, yanmayıb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. İnsanlar qəbiristanlığın tamamilə kül olduğunu, yalnız şəhid məzarının yanmamasını dilə gətiriblər.