21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gürcüstan sərhədi yaxınlığında avtomobil yolu yenidən qurulur

30.07.2021

Ağstafa rayonunda 5 km uzunluğa malik yerli əhəmiyyətli Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulması artıq yekunlaşmaq üzrədir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, dördüncü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan sözügedən yol 2 mindən çox əhalinin yaşadığı iki yaşayış məntəqəsinin rahat gediş-gəlişini təmin edəcək.

Yolun layihə üzrə hərəkət hissəsi altı, çiyinlərin eni isə hər bir istiqamət üzrə iki metr təşkil edir.

Uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torğaq yatağı yuyulub, hərəkət hissəsində qabarmalar və çökmələr əmələ gəlib. Bu isə rahat və təhlükəsiz hərəkətə maneə yaradırdı.

Yolun qabarmış və çökmüş hissələri qazılaraq çıxarılıb, qazılan hissələr doldurulub, yolun torpaq yatağı qaldırılıb və genişləndirilib, yararlı qrunt yayılıb və lay-lay kipləşdirilib.

"İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi aparılır.