Makron onu Hitlerə bənzədən şirkəti məhkəməyə verdi
29.07.2021
Fransa prezidenti Emmanüel Makron dərman şirkətini məhkəməyə verib.
DM xəbər verir ki, Fransada istehsal olunan şirkətin reklam plakatında prezident Makronun şəkli Alman lideri Adolf Hitlerə bənzədilib. Bununla yanaşı, plakatda "İtaət edin, vaksin vurdurun!", sözləri də yazılıb.
Belə ki, Makronun Hitlerlə oxşarlığı insanlar arasında təşviş yaradıb. Bundan sonra Makron şirkət rəhbərliyini məhkəməyə verib. Hətta o, şirkətdən təzminat tələb edib.
Maraqlısı budur ki, şirkət sahibi Maykl Flori polis bölməsinə çağrılıb. O, bunun sadəcə insanların qısa zamanda vaksinasiyaya səsləyən bir reklam olduğunu bildirib. Şəxs sərbəst buraxıldıqdan sonra Tvitter hesabında, "Polis bölməsinə çağırıldım və prezidentin mənə qarşı şikayət etdiyini öyrəndim. Başqa sözlə, Makronun ölkəsində peyğəmbərlə lağa qoya bilərsiniz, ancaq prezidenti diktatorla müqayisə edə bilməzsiniz", - şərhini qeyd edib.
Mayklın bu şərhi Fransa mətbuatında gündəm yaradıb.