12 04 2025-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Vaksinasiya olunmayan bəy və gəlin toya buraxılmadı

29.07.2021

Zərdab Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin vaksinasiya prosesi ilə bağlı mütəmadi olaraq monitorinqi davam edir.

Növbəti monitorinq rayonun Qoruqbağı kəndində yerləşən "Eldayaq" şadlıq sarayında keçirilib.

Məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı vaksinasiya olunmayıblar.

Gənclərə qanuna uyğun olaraq bu proseslə bağlı qaydalar izah edilib və hər iki gənc deyilənləri səmimi qəbul edərək yaxınlıqdakı Məlikli kəndində könüllü olaraq vaksinasiya olunublar.

Qeyd edək ki, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri və rayon polis şöbəsi tərəfindən əhali arasında mütəmadi olaraq vaksinasiya ilə bağlı maarifləndirici tədbirlər və müxtəlif görüşlər keçirilir.